Dünya

Özbəkistanda sosial şəbəkələrə giriş bərpa ediləcək

Sharing is caring!

Özbəkistanda bloklanan “Facebook”, “Instagram”, “Twitter”, “VKontakte” və “Odnoklassniki” sosial şəbəkələrinə giriş bərpa olunacaq.

Bu barədə bazar ertəsi respublika prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

“Özkomnazoratın (İnformasiya və Telekommunikasiya Sahəsində Nəzarət üzrə Dövlət Müfəttişliyi – red.) birtərəfli, düşünülməmiş hərəkətləri barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev məlumatlandırılıb. Düşünürəm ki, tezliklə bütün sosial şəbəkələrə giriş bərpa olunacaq”, – Əsədov bildirib.

Qeyd edək ki, ötən ilin yayında əksər sosial şəbəkələrə giriş “Fərdi məlumatlar haqqında” qanunun pozulması səbəbindən məhdudlaşdırılıb. Bu qanuna əsasən, bütün xarici şirkətlər ölkə daxilində Özbəkistan vətəndaşlarının şəxsi məlumatlarını emal edən serverləri yerləşdirməlidir.

Sosial şəbəkələrin qanunun tələbinə əməl edib-etmədiyi barədə hələlik məlumat verilmir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir