Dünya

Ukrayna “SSRİ-nin mirası”nın qaytarılması ilə bağlı Rusiyaya qarşı iddia qaldıracaq

Sharing is caring!

“Ukrayna SSRİ-nin xaricdəki, o cümlədən Britaniyadakı əmlakının ən azı üçdəbirinin qaytarılmasına ümid edir. Belə ki, İttifaqın dağılmasından sonra Rusiya Federasiyasına keçən bu əmlak üçün heç bir kompensasiya ödənilməyib və hazırda Ukrayna belə iddia qaldırılmasının nə dərəcədə təmin oluna biləcəyi ilə bağlı araşdırma aparır”.

Bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko İctimai Televiziyaya müsahibəsində məlumat verib.

Vadim Pristayko qeyd edib ki, söhbət keçmiş Sovet İttifaqının diplomatik mülkiyyətindən gedir. O zaman Rusiya qalan digər respublikalara borclarla bağlı problemləri öz üzərilərinə götürməyi, eyni zamanda da SSRİ-nin xaricdəki bütün əmlakına sahib olmağı təklif etmişdi. Pristaykonun sözlərinə görə, Ukrayna əvvəlcə bununla razılaşsa da, parlament buna razılıq verməyib. Ukrayna SSRİ-nin bütün sərvətinə ən çox töhfə verən respublikalardan biri kimi hansı əmlakdan söhbət getdiyinin açıqlanması barədə tələb irəli sürüb. Lakin Rusiya bu barədə hər hansı açıqlama verməyib, belə bir əmlakın harada yerləşdiyi və nə qədər smeta dəyərinə malik olduğuna dair məlumat açıqlamayıb.

“Biz Rusiyadan xaricdə olan əmlakın ən azı üçdəbirini qaytarmasını tələb edirik”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi hüquq firmalarının köməyi ilə məsələnin hüquqi detallarını öyrənir.

“Biz bu evlər haqqında bütün məlumatları, onların real dəyərini, statusunu, əmlakla bağlı hüquqların niyə Sovet İttifaqından Rusiyaya keçdiyini, ədaləti bərpa etmək üçün hansı hüquqi alətlərdən istifadə oluna biləcəyini öyrəndik… Bu iddianın məhkəmə perspektivi olduğu qənaətinə gəlsək, Ukrayna dövləti tərəfindən bu iddia qaldırılacaq”, – deyə Vadim Pristayko vurğulayıb.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir