Dünya

Dağıstanda ağır qəza: Ölənlər və xəsarət alanlar var – FOTO

Sharing is caring!

Rusiyanın Dağıstan Respublikasının Noqay rayonunun ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsi məlumat yayıb.

Qeyd olunur ki, “Lada Priora” markalı avtomobillə “Lada Granta”nın toqquşması nəticəsində iki nəfər həyatını itirib, altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata əsasən, “Lada Priora”nın sürücüsü qarşı zolağa çıxaraq “Lada Granta” ilə toqquşub.

Xəsarət alan sərnişinlərdən biri üç yaşlı azyaşlıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.