Dünya

Britaniya alimləri meymunçiçəyinin “ədəbsiz” əlamətlərini açıqlayıblar

Sharing is caring!

Britaniya alimləri meymunçiçəyi ilə bağlı testlərdən keçən 197 kişinin sağlamlıq vəziyyəti ilə bağlı araşdırma aparıblar. Alınan məlumatlara görə, onlar xəstəliyin yeni “ədəbsiz” əlamətlərini aşkar ediblər.

Bu barədə məlumatlar “NewScientist” nəşrində dərc edilib.

Nəticələrə görə, 71 xəstənin düz bağırsaq ağrısından şikayət etdiyi, 31 xəstənin cinsiyyət orqanının şişdiyi məlum olub. Bunlardan əlavə, bütün müayinə olunan xəstələrdə selikli qişalarda və ya dəridə müxtəlif formalarda yaralar müşahidə olunub.

70 kişidə QİÇS testi müsbət çıxıb, 56 kişidə isə cinsi yolla keçən infeksiyalar aşkar edilib.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir