Dünya

Konqo-Uqanda sərhədində atışma: Ölən və yaralananlar var

Sharing is caring!

Birləşmiş Millətlər Təşkilatının Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) heyəti bazar günü Uqanda ilə sərhəddə atəş açıb.

Bu barədə missiyanın saytında dərc olunmuş məlumatda deyilir.

İnsident nəticəsində ölən və ağır yaralananların olduğu bildirilir.

Qeyd edək ki, bir n eçə gün öncə Konqoda BMT missiyasına qarşı keçirilən etirazlar zamanı 22 nəfər, o cümlədən üç MONUSCO döyüşçüsü həlak olub, daha 67 nəfər yaralanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir