Dünya

Mariupolda müqavimət qüvvələri rusiyalılara “alovlu salam” göndəriblər – FOTO/VİDEO

Sharing is caring!

Mariupolun “Nemizida” müqavimət qrupunun fəaliyyəti nəticəsində bölgədə yanğın baş verib. Rusiyalı hərbçilər yanğını söndürə bilmir. Yanğının rusiyalıların bazasına keçməsi ehtimalı var.

Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.

“Bizim müqavimət qrupumuz “Nemizida” rusiyalılara daha bir alovlu “salam” göndərir. Sözün əsl mənasında. Bununla Mariupol yaxınlığındakı tarlalardan daha az Ukrayna taxılı oğurlanacaq. Novoazovsk-Donetsk istiqamətində gözəl şəkildə alovlanma var”, – deyə o qeyd edib.

Andryuşenko vurğulayıb ki, yanğın yerinin yanında istehkamlar, döyüş sursatı olan texnika anbarları və rusiyalı hərbçilərin minalanmış sahələri var.

“Söndürmək mümkün olmayacaq – oğurluq etmək mümkün olmayacaq. Ümid edirik ki, alov rusiyalıların bazasına keçəcək”, – deyə o əlavə edib.

Həmçinin Andryuşşenko Mariupoldan 15 kilometr aralıda yerləşən Bezımyannı kəndindən alovun necə göründüyünü də göstərib.

“Qisas artıq buradadır, artıq yürüşdədir”, – deyə o vurğulayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir