Dünya

Gürcüstanda xilasetmə helikopteri qəzaya uğradı – ANBAAN VİDEO

Sharing is caring!

Gürcüstanın Qudauri dağ kurortunda Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

Məlumata görə, xilasetmə xidmətinin helikopteri paraplanı qayaya çırpılmış iki nəfəri dərədən çıxarmağa yollanırmış.

Hadisə yerindən olan görüntülərdən aydın olur ki, pilot idarəetməni itirib.

İlkin məlumatlara görə, helikopterdə beş nəfər – iki pilot və üç xilasedici olub.

Daxili İşlər Nazirliyi hələlik baş verənlərlə bağlı təfərrüatı açıqlamayıb.

Mənbə: Novosti Qruziya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir