Dünya

İran Rusiya təyyarələrini ehtiyat hissələri ilə təmin edəcək və texniki xidmət göstərəcək

Sharing is caring!

İran və Rusiya arasında mülki təyyarələrə texniki xidmət göstərilməsi, eləcə də ehtiyat hissələrinin və avadanlıqlarının tədarükünü nəzərdə tutan saziş imzalanıb.

Bu barədə İranın “Mehr” agentliyi İslam Respublikasının (CAO) mülki aviasiya departamentinin nümayəndəsi Mirəkbər Rezəvinin bəyanatına istinadən məlumat yayıb.

Rezəvinin sözlərinə görə, saziş Rusiya təyyarələri üçün İran istehsalı olan avadanlığın tədarükü, habelə Rusiya təyyarələrinin İran servis mərkəzləri tərəfindən təmiri, texniki xidməti və dəstəklənməsi mexanizmini müəyyən edir. Bundan əlavə, tərəflər həm sərnişin sektorunda, həm də yükdaşıma sektorunda hava daşımaları sahəsində ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər. Anlaşmaya əsasən, ölkələr arasında uçuşların sayı həftədə 35-ə yüksələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir