Dünya manset

YPG qərar verdi: Türkiyə ilə sərhəddən geri çəkilir

Sharing is caring!

YPG Suriya ilə Türkiyə sərhədindəki ağır silahlarını Vaşinqton-Ankara razılaşması çərçivəsində yaradılacaq təhlükəsizlik zonasıyla əlaqədar geri çəkib.

XəbərAl.az  xəbər verir ki, bunu Suriya Kürd Muxtar Administrasiyası yayıb.

“24 avqustda Ras əl-Ayn rayonundakı beton bloklar yığışdırılıb, YPG qüvvələri rayondan geri çəkilib, ağır silahlar yeni mövqelərə yerləşdirilib, sərhəd-keçid məntəqələri yeni qüvvələrə verilib. Eyni addımlar 26 avqustda Tel-Abyadda da atılıb”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir