Dünya manset

Ərdoğan Putini İstanbula dəvət etdi

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini sentyabrda İstanbulda keçiriləcək texnologiya festivalına dəvət edib.

XəbərAl.az xəbər verir ki, Ərdoğan bunu MAKS-2019 aviasalonunun açılış mərasimində deyib.

“Biz bu il İstanbulda “Texnofest” – aviasiya, hava və texniki festivalını keçiririk. 17-22 sentyabrda baş tutacaq festivalda 1 milyondan çox iştirakçının olacağı gözlənilir. Biz bütün rus xalqını, ilk növbədə cənab Prezident Putini festivala dəvət edirik”, – Ərdoğan bildirib.