Dünya

Aleks Fergüsson – Ronaldu ilə bağlı son ümid?

Sharing is caring!

37 yaşlı portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu agenti Xorxe Mendeş ilə birlikdə “Mançester Yunayted”in bazasına gəlib.

Qeyd olunur ki, bu gün Ronaldu və agenti “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla danışıqlar aparacaqlar.

Həmçinin bildirilir ki, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Fergüsson da Ronaldu ilə söhbət etmək üçün bazaya yollanıb.

Xatırladaq ki, Ronaldu “Qırmızı şeytanlar”ın yeni mövsümdə baş tutan ilk bir neçə məşq prosesini və İngiltərə klubunun Tailand və Avstraliyadakı yoldaşlıq oyunlarını buraxıb.

Mənbə: Sky Sports

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir