Dünya

“Lufthansa” iki şəhərdən bütün uçuşları ləğv edib

Sharing is caring!

“Lufthansa” Almaniyanın Frankfurt və Münhendəki qovşaqlarında demək olar ki, bütün uçuş proqramını ləğv edir. Buna səbəb quru personalının tətil aksiyalarıdır.

Bu barədə şirkət məlumat yayıb.

“Lufthansa” Frankfurt Hava Limanından ümumilikdə 678 reysi ləğv edib. Bu reyslərdən 32-si bu gün yerinə yetirilməli idi. Münhendəki qovşaqda iki gün ərzində ümumilikdə 345 reys ləğv edilib.

“Lufthansa” çərşənbə günü Frankfurt və Münhendəki qovşaqlarda demək olar ki, bütün uçuş reyslərini ləğv etmək məcburiyyətində qalıb”, – deyə aviaşirkət bildirib.

Həmkarlar İttifaqının əməkhaqqı ilə bağlı tətili səyahətin pik mövsümündə uçuşlara əhəmiyyətli dərəcədə təsirini göstərib.

Həmçinin cümə axşamı və cümə günləri də fərdi uçuşların ləğvi və gecikmələri ilə bağlı problemlərin ortaya çıxacağı ehtimal olunur.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir