Dünya manset

Dünyanın gözü Moskvada: Ərdoğan Putindən bunu tələb edəcək

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə müzakirə aparacaq.

XəbərAl.az türk mediasına istinadən xəbər verir ki, iki dövlət başçısı Suriyanın İdlib vilayətində baş verən son prosesləri müzakirə edəcək.

Xatırladaq ki, ötən həftə İdlib ətrafında türk hərbi postuna doğru hərəkət edən konvoy vurulub. Bundan sonra Türkiyə XİN açıqlama yayaraq bu addıma görə Rusiyanın məsuliyyət daşıdığını ifadə edib. Əlavə edilib ki, türk hərbi konvoyunun irəliləyişi haqqında Moskvaya xəbərdarlıq olunmasına rəğmən hücum həyata keçirilib.

Prezident Putin Suriyada yaşanan hadisələr və Əsədə bağlı qüvvələrin İdlibdə böyük əməliyyatlar keçirməsinə belə qiymət verib: “Suriya ordusunun bölgədə terrorla mübarizəsi və bu bölgənin terror hadisələrindən təmizləməsi cəhdlərini dəstəkləyirik”.

Bundan sonra İdlibin cənubunda yerləşən və strateji baxımdan əhəmiyyət daşıyan Xan Şeyhun məntəqəsi Əsəd gücləri tərəfindən geri alınıb. Qeyd edək ki, bu məntəqə Türkiyə tərəfindən dəstəklənən müxalifətin nəzarətində idi. Suriya ordusunun bölgədə irəliləməsi Türkiyənin 9 saylı hərbi müşahidə postunun mühasirəyə alınması ilə nəticələnib.

Ekspertlər hesab edirlər ki, Ərdoğan Moskvadakı görüşdə Putinə son proseslərin Türkiyənin milli təhlükəsizliyi baxımından ciddi təhdid olduğunu çatdıracaq. Əsədin hücumlarının artırması səbəbindən mülki insanların İdlibdən qaçması sürətlənib və son 4 gün içərisində 60 min insan Türkiyə sərhədlərinə doğru irəliləməyə başlayıb.

Bu baxımdan Ərdoğanın görüş zamanı Putinin prosesə müdaxilə edərək Rusiya tərəfindən dəstəklənən hücumların dayandırılmasını tələb edəcəyi ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir