Dünya

Yekaterinburqdan Bakıya birbaşa reyslər bərpa olunur

Sharing is caring!

Beş aydan sonra Rusiyanın Yekaterinburq şəhərindən Azərbaycanın paytaxtı Bakıya birbaşa təyyarə reysləri bərpa olunur.

Bu barədə Yekaterinburqdakı Koltsovo Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

“İyulun 31-dən etibarən “İraero” aviaşirkəti Azərbaycanın paytaxtına uçuşlara başlayacaq” – hava limanının məlumatında qeyd olunub.

Məlumatda həmçinin bildirilib ki, reyslər həftədə iki dəfə – çərşənbə günü yerli vaxtla saat 20:20-də və bazar günü saat 17:20-də yerinə yetiriləcək:

“Biletləri aviaşirkətin saytından və özəl aviabilet satışı agentliklərindən almaq mümkündür”.

Mənbə: Ura.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir