Dünya

Kissincer: “Rusiya Ukraynada ələ keçirdiyi bütün əraziləri qaytarmalı olacaq”

Sharing is caring!

“Kiyev və Qərb ölkələri Rusiya tərəfi ilə mümkün danışıqlar prosesində hazırda Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərini güzəştə getməməlidir”.

Bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ZDF telekanalına müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə Qərb Moskva ilə danışıqlarda nəyə hazır olduğunu və heç bir şəraitdə nədən imtina edə bilməyəcəyini dəqiq başa düşməlidir.

Kissincer əlavə edib ki, bu danışıqlarda Ukrayna rəhbərliyi və xalqı mütləq iştirak etməlidirlər. Amerikalı siyasətçi bu yanaşmanı vəziyyəti idarə etmək üçün yeganə ağlabatan əsas adlandırıb.

“Ukrayna ərazilərinin təslim olması bizim qəbul edə biləcəyimiz şərt ola bilməz. Fakt budur ki, Rusiya hərbi əməliyyatlar başlayandan bəri ələ keçirdiyi bütün əraziləri qaytarmalı olacaq”, – deyə keçmiş dövlət katibi bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir