Dünya

Ermənistanda ərzaq məhsulları durmadan bahalaşır

Sharing is caring!

Ermənistanda ərzaq məhsullarında bahalaşma davam edir.

İyun ayına olan məlumata görə, ərzaq qiymətləri 17,4% artıb ki, bu da ilin ən yüksək göstəricisi hesab olunur. Un və dənli bitkilər 20,5 faiz, pendir və kəsmik 24,8 faiz, makaron məmulatları 30 faizə yaxın bahalaşıb. İl ərzində tərəvəzin qiyməti təxminən 50% artıb. Həmin dövrdə meyvənin qiyməti 16%-dən çox bahalaşıb.

News.am-ın müxbiri inflyasiyanın əhalinin rifahına necə təsir etdiyini öyrənmək üçün vətəndaşlar arasında sorğu keçirib.

“İnflyasiya artıq adi bir hadisəyə çevrilib, əgər əvvəllər mən 10 000 drama nə isə alırdımsa, indi eyni şey üçün 20 000 dram ödəyirəm”, – deyə respondentlərdən biri bildirib.

“İndi kərə yağının bir kiloqramı 2700 dramdır, amma əvvəllər mən onu 1500-ə alırdım”, – deyə digər respondent cavab verib.

“Artıq ət məhsullarını almırıq, çünki pul azdır”, – deyə vətəndaşlar şikayətlənib.

Mənbə: NEWS.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir