Dünya

Liz Trass: “Aİ qaydaları bizim işimizə mane olur və bu dəyişməlidir”

Sharing is caring!

Liz Trass Mühafizəkarlar Partiyasının lideri və növbəti baş nazir olarsa, 2023-cü ilə qədər Böyük Britaniyada hələ də qüvvədə olan bütün Avropa İttifaqı qanunlarını ləğv edəcəyinə söz verib.

“Aİ qaydaları bizim işimizə mane olur və bu dəyişməlidir. Dauninq-Stritdə mən köhnəlmiş Aİ qanunları və çərçivələrindən uzaqlaşmaq və qarşımızda duran imkanlardan yararlanmaq şansından istifadə edəcəyəm”, – deyə Trass qeyd edib.

Hökumət artıq Aİ-nin mövcud qanunlarını dəyişdirmək və ya ləğv etmək niyyətini açıqlayıb, lakin müddət təyin etməyib.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir