Dünya

İtalyanlar özlərini Bottiçellinin tablosuna yapışdırdılar

Sharing is caring!

İtaliyanın “Ultima Generazione” (Son Nəsil) təşkilatının fəalları etiraz əlaməti olaraq özlərini italyan intibah rəssamı Sandro Botiçellinin yaratdığı “Bahar” tablosuna yapışdırıblar.

Aksiya Florensiya şəhərindəki Uffizi qalereyasında keçirilib. Etirazçılar ovuclarını tablonun üzərindəki qoruyucu şüşəyə yapışdırıblar.

Fəallar həmçinin “Son nəsil, qaza və kömürə yox” şüarı yazılmış pankart açıblar.

Tezliklə polis etirazçıları tablodan ayırıb. Onların hərəkətləri şəkilə heç bir təsir etməyib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir