Dünya

Türkiyə rusiyalıların xaricdə daşınmaz əmlak aldığı ölkələr arasında lider oldu

Sharing is caring!

Rusiyalıların xaricdə daşınmaz əmlaka tələbi 2022-ci ilin birinci yarısında 61% artıb, müraciətlərin sayına görə ilk yerdə Türkiyə qərarlaşıb.

Bu barədə TASS “Tranio”nun (beynəlxalq daşınmaz əmlak brokeri) araşdırmasına istinadla xəbər yayıb.

Məlumata görə, artım sanksiyalar və Rusiya qanunvericiliyinə edilən dəyişikliklər fonunda qeydə alınıb. Bildirilir ki, fevral ayına qədər potensial alıcılardan Türkiyədə daşınmaz əmlak alanların sayı 10% idisə, iyun ayında göstərici 25%-ə çatıb.

Siyahıda ilk üçlükdə Türkiyədən sonra İspaniya və Birləşmiş Ərəb Əmirlikləri yer alıb.

Rusiyadan müraciətlərin sayında azalma isə ABŞ, İsveçrə, Kanada, Almaniya və Böyük Britaniya kimi ölkələrdə qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir