Dünya manset

Mən yaşadıqca Xəzərin bir damcısını da ala bilməzsiz! – Zərif

Sharing is caring!

Mən sağ olduğum müddət ərzində heç kim İranın əlindən Xəzər dənizinin bir damcısını belə almağa cəsarət edə bilməz.

XəbərAl.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Norveçdə İran diasporasının nümayəndələri ilə görüşü zamanı deyib.

“İran müharibə və sanksiyalar yaşayan ölkədir, hansı ki, son 40 il ərzində onu heç bir xarici ölkə dəstəkləməyib. İranlılar öz müstəqilliklərini və ərazi bütövlüklərini mühafizə edirlər. Ona görə də heç kim İranın quru və dəniz ərazisinə, o cümlədən Xəzər dənizi hissəsindəki payına iddia etməyə cəsarət edə bilmir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir