Dünya

İspaniyanın “ağciyərləri” yanır: Zamoradan dəhşət doğuran GÖRÜNTÜLƏR – VİDEO

Sharing is caring!

İspaniyanın şimal-qərbində yerləşən Zamora əyalətində meşə yanğını ilə əlaqədar təhlükəsizlik məqsədilə 32 yaşayış məskəninin sakinləri təxliyə ediliblər.

Bu barədə çərşənbə axşamı regionun fövqəladə hallar xidməti “Twitter”də məlumat yayıb.

Bildirilir ki, yanğın Losasio bələdiyyəsinin ərazisində tüğyan edir. Nəticədə altı minə yaxın insan müvəqqəti olaraq evlərini tərk etmək məcburiyyətində qalıb.

Yanğın nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb. Ökədə baş verən çoxsaylı yanğınlar nəticəsində artıq 60 min hektara yaxın meşə sahəsi yanıb.

İspaniyada yanğınlar ötən həftə davam edən həddindən artıq isti hava fonunda başlayıb: Bəzi yaşayış məntəqələrində havanın temperaturu 45 dərəcəni keçib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir