Dünya

“Starbucks” İngiltərədən getməyi düşünür

Sharing is caring!

Amerika qəhvə mağazalar şəbəkəsi “Starbucks” Böyük Britaniyada biznesini satmaq imkanlarını araşdırır. Buna səbəb pandemiya nəticəsində “yüksək rəqabət və dəyişən istehlakçı seçimləri”dir.

Bu barədə BBC Yayım Korporasiyası məlumat yayıb.

Məlumata görə, “Starbucks” “Houlihan Lokey” konsaltinq şirkətindən 1000-dən çox qəhvəxana və 4000-ə yaxın işçini özündə birləşdirən Britaniya şəbəkəsinin satın alınması üçün potensial variantları nəzərdən keçirməyə köməklik göstərməsini xahiş edib. Təxminən 300 müəssisə birbaşa ana şirkət tərəfindən, qalanları isə françayzinq vasitəsilə idarə olunur.

“Starbucks”ın ölkədən mümkün çıxışının əsas səbəblərindən biri “Pret A Manger”, “Tim Hortons” və “Costa” kimi rəqiblər və bir sıra digər operatorlar arasında artan rəqabətdir. Ümumilikdə Böyük Britaniyada 25 mindən çox qəhvəxana var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir