Dünya

Türkiyədə içində musiqiçilərin də olduğu hoteldə yanğın baş verdi – FOTO

Sharing is caring!

Türkiyənin Şanlıurfa şəhərində içərisində sənətçilərin də olduğu hoteldə yanğın baş verib.

Oxu.Az-ın məlumatına görə, gecə saatlarında baş verən yanğın panikaya səbəb olub. 

Naməlum səbəbdən yaranan yanğın hotelin 2-ci mərtəbəsindəki boş otağı bürüyüb. Otaqdan alov qalxdığını görənlər vəziyyəti yanğınsöndürənlərə xəbər veriblər.

Xəbərdarlıq üzərinə bölgəyə gələn yanğınsöndürənlər hotelin 2-ci mərtəbəsindəki alova müdaxilə ediblər, yanğın baş verən mərtəbədəkilər isə təxliyə edilib. Müdaxilə zamanı ralarında model Tuba Özay, sənətçilər Hamiyet, Nevzat Soydan və Benhura kimi adlar olan tüstüdən təsirlənən 23 nəfərə təcili yardımda oksigen verilib.

Yanğınsöndürmə briqadası və polis yanğının səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Mənbə: Cumhuriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir