Dünya manset

Tramp FES-lə bacarmır: Bataqlıqdasınız!

Sharing is caring!

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələri ilə bağlı siyasətini tənqid edib.

XeberAl.az xəbər verir ki, Ağ Ev rəhbəri Tvitter səhifəsində FES-i faiz dərəcələrini aşağı salmağa çağırıb.

“Almaniya 30 illik mənfi gəlirli istiqrazları satır. Almaniya ABŞ ilə yarışır. Bizim Federal Sistem etməli olduğumuz işi həyata keçirməyə imkan vermir. Rəqiblərimiz qarşısında bizi çətin vəziyyətə salırlar. Güclü dollar, inflasiya yox dərəcəsində… Onlar özlərini bataqlıq kimi aparırlar”, – deyə Ağ Ev rəhbər bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir