Dünya

“Arsenal” Ukrayna millisinin üzvünün transferini razılaşdırdı

Sharing is caring!

İngiltərənin “Arsenal” və “Mançester Siti” klubları Aleksandr Zinçenkonun transferi ilə bağlı razılığa gəliblər.

İnsayder Fabrisio Romanonun sözlərinə görə, klublar ukraynalının təxminən 30 milyon funt-sterlinqə transferi ilə bağlı şifahi razılıq əldə ediblər.

“Topçular” 25 yaşlı futbolçu ilə müqavilənin şərtlərini – maaş və müqavilənin müddətini müzakirə edirlər.

Ukrayna millisində Zinçenko tez-tez yarımmüdafiədə oynasa da, “Mançester Siti”də adətən sol cinah müdafiəçisi kimi çıxış edir.

Ötən mövsüm futbolçu “Mançester Siti”nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb və altı məhsuldar ötürmə edib.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir