Dünya

Qondarma “DXR” silahlıları tərəfindən əsir götürülən Britaniya vətəndaşı ölüb

Sharing is caring!

Qondarma “DXR” yaraqlıları tərəfindən əsir götürülən 45 yaşlı britaniyalı humanitar işçi Pol Yuri xəstəlik səbəbindən dünyasını dəyişib.

Bu barədə “Sky News” xəbər verib.

Ailəsinin Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, Pol Yuri 5 gün əvvəl dünyasını dəyişib.

Yuri aprelin 25-də Zaporojye yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində britaniyalı könüllü 22 yaşlı Dilan Hili ilə birlikdə əsir götürülüb. Qondarma “DXR”-də britaniyalı “muzdlu fəaliyyət”də ittiham olunub.

“DXR”-in insan haqları üzrə müvəkkili adlandırılan Daria Morozova sosial şəbəkədə Yurinin şəkər xəstəsi olduğunu, nəfəs alma, böyrək və ürək-damar sistemində problemləri olduğunu bildirib.

Onun sözlərinə görə, “cinayətin ağırlığına baxmayaraq” Pol Yuri “müvafiq tibbi yardımla təmin olunub. Lakin diaqnozlar və stress nəzərə alınarsa, o, iyulun 10-da dünyasını dəyişib”.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir