Dünya

Beynəlxalq Olimpiya Komitəsi 110 ildən sonra amerikalı idmançıya olimpiya çempionu adını qaytarıb

Sharing is caring!

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 1912-ci ildə pentatlon və dekatlon üzrə olimpiya çempionu olmuş amerikalı hind əsilli Cim Torpun diskvalifikasiyasını ləğv edib.

O vaxtlar peşəkar idmançılara Olimpiya Oyunlarında iştirak etmək qadağan edilmişdi. Komitə beysbol çıxışlarına görə maaş aldığı və buna görə də həvəskar idmançı hesab edilmədiyi üçün Torpun qızıl medallarını əlindən almışdı. Bundan sonra dekatlon üzrə çempion kimi isveçli atlet Karl Hüqo Vislander tanındı. Pentatlon üzrə isə norveçli Ferdinand Bie Olimpiya Oyunlarının çempionu kimi qəbul olundu.

Torp 1953-cü ildə vəfat edib. Amerikalının olimpiya rekordları qeydə alınmasa da, ailəsinə dublikat qızıl medallar verilib. İndi Torp yenidən Olimpiya çempionu sayılır.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir