Dünya manset

ABŞ-a aid PUA məhv edildi – Radikal qruplaşma meydan oxudu

Sharing is caring!

ABŞ-ın Yaxın Şərqdə daha bir dronu məhv edilib.

XeberAl.az xəbər verir ki, husilərin silahlı qruplaşması Yəmənin Zemar məntəqəsində ABŞ-a aid MQ9 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan edib.

Husilərin hərbi qanadının sözçüsü Yəhya Seri bildirib ki, ABŞ-a aid PUA Yəməndə istehsal olunan və yaxın zamanlarda cəmiyyətə təqdim ediləcək raketlə vurulub.

Sözçü Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya xəbərdarlıq edərək bildirib ki, Yəmən hava sahəsini əvvəllər olduğu kimi poza bilməyəcəklər.

Bu arada bəlli olub ki, koalisiya qırıcıları Zemar məntəqəsində husilərə aid hərbi obyektlərə 3 dəfə hücum təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.