Dünya

Türkiyə, Misir və Səudiyyə Ərəbistanı BRICS-ə daxil olmaq istəyirlər

Sharing is caring!

Rəsmi Qahirə (Misir), Ankara (Türkiyə) və Ər-Riyad (Səudiyyə Ərəbistanı) BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) üzvlük üçün müraciət etməyi planlaşdırırlar.

Bu barədə BRICS Beynəlxalq Forumunun prezidenti Purnima Anand bildirib:

“Bütün bu ölkələr qoşulmaqda maraqlı olduqlarını göstəriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Hesab edirəm ki, bu, yaxşı addımdır, genişlənmə həmişə müsbət qəbul edildiyi üçün bu, BRICS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq”.

Onun sözlərinə görə, bu ölkələrin assosiasiyaya daxil olması çox vaxt aparmamalıdır.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir