Dünya Manşetüstü

Milyarder manyakın 600 milyon dolları kimə qalır? – Vəsiyyəti və çağırışı…

Sharing is caring!

Həbsxanada intihar edən milyarder Ceffri Epsteynin 577 milyon 672 min dollar dəyərində mirasının kimə qalacağı bəlli deyil.

XeberAl.az xəbər verir ki, milyarder intihar etməzdən 2 gün əvvəl vəsiyyət yazıb. Ancaq vəsiyyətdə miras barədə söz açılmır.

Qeyd edək ki, 66 yaşlı milyarder həbsxanadakı otağında ölü tapılıb, ekspertiza onun intihar etdiyi qənaətinə gəlib.

Ceffri Epsteynin 56 milyon dollar nağd, 577 milyon dollar isə əmlakı var. Hazırda bu mirasın kimə qalacağı ABŞ cəmiyyətində ciddi müzakirə edilir.

ABŞ-ın Virciniya əyalətində adası olan milyarderin mirasının kimə qalacağı bəlli deyil. Bəlli olan budur ki, milyarder özü məhkəmə çıxışları zamanı mirasının cinsi təcavüzə məruz qoyduğu qurbanlara paylanması haqqında çağırışlar edib.

Xatırladaq ki, milyarder çoxlu sayda qız uşaqlarına cinsi təcavüz etməkdə və seks məqsədilə beynəlxalq insan alverində ittihamı olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir