Dünya

“Tur de Frans” etiraz aksiyasına görə dayandırıldı

Sharing is caring!

Fransada zərərli tullantıların azaldılması və enerji sektorunun modernləşdirilməsinin tərəfdarı olan “Dernière Renovation” təşkilatının eko-aktivistləri etiraz əlaməti olaraq “Tur de Frans” veloyürüşünün 10-cu mərhələsi zamanı aksiya keçiriblər.

Finişə 36 kilometr qalmış bir qrup fəal üzərində “989 günümüz qalıb” yazılmış köynəklərdə tüstü fişənglərilə velosipedçilərin hərəkət etdikləri yolun üzərində əyləşiblər. Tüstü və yoldakı insanlar yarışçıların keçidinə mane olub. Nəticədə təşkilatçılar mərhələni yarımçıq dayandırıblar. 10 dəqiqə ərzində tras təmizlənib və yarış eyni gecikmələrlə davam etdirilib.

Aksiyanın köməyi ilə fəallar iqlim dəyişikliyi probleminə diqqət çəkmək istəyiblər.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir