Dünya manset

Putin Türkiyə hərbçilərinə hücumdan danışdı

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putin İdlibdə Türkiyənin hərbi karvanına hücumla bağlı açıqlama verib.

XeberAl.az xəbər verir ki, fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra Rusiya prezidenti İdlibdə terrorçuların dünyanın ən müxtəlif bölgələrinə hərəkət etdiyini söyləyib.

Onun sözlərinə görə, bu, çox təhlükəli məqamdır: “Əvvəlcə terrorçular İdlibin yarısına nəzarət edirdisə, hazırda 90 faiz onların nəzarətindədir və hücumları bu bölgədən təşkil edirlər. İdlibdə bizə aid hava bazasına bir çox hücum cəhdləri olub. Bu səbəbdən Rusiya Suriya ordusunun İdlibdəki terrorçulara qarşı mübarizəsini dəstəkləyir”.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi hərbi karvana olan hücumu Rusiya ilə mövcud müqavilələr və əməkdaşlığa zidd olduğu üçün pisləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.