Dünya

Bahalı şərabların təhlükəsiz daşınması üçün “ağıllı” şüşə hazırlandı

Sharing is caring!

Yaponiyanın “NGK Insulators” şirkəti bahalı Avropa şərablarının distribyutorlarını temperatur və rütubətin monitorinqi imkanı ilə təmin edən xüsusi şüşə sensorlar təqdim edib.

Məlumata görə, “NGK Insulators” modulları qablaşdırma mərhələsində şüşələrə yapışdırılacaq və daha sonra məlumatı smartfon, yaxud da kompüterə ötürəcək. Sensorlar supermarketlərdə məhsulların üzərinə qoyulan kiçik stikerlərə bənzəyir.

Qurğular eyni Yapon şirkəti tərəfindən hazırlanmış “NGK EnerCera” miniatür litium-ion batareyaları ilə təchiz edilir.

Qeyd edək ki, “NGK Insulators” 1919-cu ildə əsası qoyulmuş yapon elektronika istehsalçısıdır. Şirkət ilk növbədə külək stansiyalarında istifadə olunan natrium-kükürdlü batareyaları ilə tanınır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir