Dünya

Hindistanda qəzəbli kütlə şübhəli bilinən şəxsi diri-diri yandırdı

Sharing is caring!

Hindistanda həmkəndlilər yerli sakinin “məhkəmə”sini keçirib və onu qohumunun qətlində təqsirli biliblər.

Bundan sonra qəzəbli kütlə hindlini diri-diri yandıraraq yerli adət-ənənələrə uyğun olaraq basdırıblar.

Belə ki, kənddə bir qızın cəsədi 2 iyul 2022-ci ildə Assam əyalətindəki kəndin gölməçəsində tapılıb.

Bir neçə gündən sonra bütün kəndə şayiə yayılıb ki, qadın suda boğulmayıb, qohumu tərəfindən öldürülüb və gölməçəyə atılıb.

Kənd cammatı həmin şəxsi mühakimə edərək, onu qızın ölümündə günahkar bilib. Təxminən 60 nəfərdən ibarət qrup həmin şəxsi yaxalayaraq yandırıb. Kişi aldığı yanıqlar nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Polis ölən qadının əri, qayınanası, gəlini və daha iki kənd sakinini kişinin qətlində əli olmaqda şübhəli bilərək saxlayıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir