Dünya Manşetüstü

Türk ilahiyyatçı ilə bağlı gizlinlər üzə çıxdı – Şok görüntülər

Sharing is caring!

İki il gizli təqiblərdən sonra 190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli ilahiyyatçı Adnan Oktarın şəbəkəsinə yönəlik əməliyyatın görüntüləri üzə çıxıb.

XeberAl.az xəbər verir ki, 2018-ci ilin iyulun 11-də səhər saat 6:00 radələrində Adnan Oktarın Qəndillidəki villasında təşkil olunan əməliyyat barədə gizlinlər məlum olub.

Oktar villasına yerləşdirdiyi kamera vasitəsilə əməliyyat barədə xəbər tutub gizli keçidlə polislərdən qaçmağı bacarsa da, qısa zamanda sağ əli Didəm Ürərlə birgə saxlanılıb.

“Sabah” qəzeti Adnan Oktar və Didəm Ürerin villadan qaçış anını özündə əks etdirən görüntüləri əldə edib.

Fotoşəkillərdə Qəndillidəki villadan aşağıdakı yola doğru gizli keçidin olduğu görünür. Polis basqınından qaçan Oktar saat 05:22-də keçiddən çıxıb lüks avtomobilə minib və yüksək sürətlə ərazidən uzaqlaşıb. Oktarın başqa “kedicik”lərinin də bu keçiddən istifadə etdiyi bəlli olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir