Dünya

Argentinada altı aylıq uşaqlar koronavirusa qarşı penvəndlənəcək

Sharing is caring!

Argentinanın Səhiyyə Nazirliyi altı aylıq uşaqlar üçün koronavirusa qarşı peyvənd kampaniyasına start verəcək.

Bu barədə cümə günü nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Milli tənzimləyici qismində çıxış edən Medikamentlər, Qida məhsulları və Texnologiyalar üzrə Milli Administrasiyadan istifadə ilə bağlı tövsiyələri alan Səhiyyə Nazirliyi altı aylıqdan başlayaraq uşaqları COVID-19-a qarşı peyvənd etməyə başlayacaq”, – deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, daha əvvəl Argentinada uşaqlar üç yaşından koronavirusa qarşı peyvənd edilirdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir