Dünya

KİV: Britaniyalı müxalifətçilər Consonun getməsini tezləşdirmək üçün səsverməyə hazırlaşırlar

Sharing is caring!

Böyük Britaniyanın müxalifətdəki Leyboristlər partiyası gələn həftə baş nazir Boris Consonun hökumətdən getməsini sürətləndirmək üçün ona etimad səsverməsi keçirməyə hazırlaşır.

Cümə axşamı Leyboristlərin lideri Kir Starmer Consonun baş nazir vəzifəsindən dərhal getməsinin tərəfdarı olduğunu açıqladı. Britaniya Parlamentinin İcmalar Palatasındakı Şotlandiya Milli Partiyasının fraksiyasının lideri İen Blekford cümə günü “Sky News”a müsahibəsində deyib ki, o, gələn həftə Consona etimad səsverməsinin keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.

Mütəxəssislər qeyd edirlər ki, baş nazirin hətta tərəfdaşları arasında da populyarlığının kəskin şəkildə düşməsini nəzərə alsaq, müxalifətin təklifi Consonun keçid dövründə Dauninq-stritdə qala bilməməsi ilə nəticələnə bilər.

Conson cümə axşamı hakim Mühafizəkarlar partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, həmçinin mühafizəkarların yeni lideri seçilənə qədər baş nazir vəzifəsini davam etdirəcəyini bildirib. Yeni partiya sədrinin seçilməsi prosedurunun vaxtı gələn həftə təsdiqlənəcək.

Mənbə: The Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir