Dünya Manşetüstü

Yaponiyada həftə ərzində 7 nəfər günvurmadan ölüb

Sharing is caring!

Yaponiyada ötən həftə ərzində ölkə ərazisində qeydə alınan istilərdən azı 7 nəfər ölüb, təqribən daha 7 min nəfər xəstəxanaya yerləşdirilib.

XeberAl.az  xəbər verir ki, bu barədə Yaponiyanın Baş Yanğın İdarəsinə istinadən “Kyodo” məlumat yayıb.

Bildirilir ki, ötən həftə bütün Yaponiya üzrə ümumilikdə 7 338 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ölkənin bəzi rayonlarında havanın temperaturu 35 °C-dən yuxarı qalxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir