Dünya

Consonun istefası Britaniyanın Ukraynadakı müharibə ilə bağlı mövqeyinə təsir edəcək?

Sharing is caring!

“Boris Consonun Böyük Britaniyanın baş naziri postundan istefası bu ölkənin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyini dəyişməyəcək”.

Bu barədə ukraynalı politoloq Vladimir Fesenko bildirib:

“Hətta Boris Conson istefa versə belə, Böyük Britaniyanın Ukrayna ilə və Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı siyasəti dəyişməyəcək. Dəstək davam edəcək, çünki bu, Böyük Britaniyanın milli maraqlarına uyğundur və bu, həm Britaniya elitasının, aparıcı dövlət institutlarının ortaq mövqeyidir”.

Ekspert qeyd edib ki, Böyük Britaniyanın baş nazirinin istefasının səbəbləri Ukrayna və ya Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı deyil.

“Bu, məhz Mühafizəkarlar Partiyası daxilindəki tendensiyadan qaynaqlanan böhrandır, partiyadaxili mübarizənin kəskinləşməsidir. Boris Conson özü fraksiya daxilində və Mühafizəkarlar Partiyasının rəhbərliyində maraqlar balansının dəyişməsi səbəbindən baş nazir oldu və indi isə əksinə, balans onun əleyhinədir”, – Fesenko vurğulayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir