Dünya manset

Sensasion gəlişmə: Gizli danışıqlar başladı – Dövlət çevrilişinə hazırlıq

Sharing is caring!

ABŞ Venesuela Sosialist Partiyasının liderlərindən biri Diosdado Kabello ilə gizli danışıqlara başlayıb.

XeberAl.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ Prezidenti Administrasiyasındakı mənbəyə istinadən xəbər verib.

Mənbə qeyd edib ki, tərəflər Venesuela Prezidenti Nikolas Maduronun yaxın adamlarının dövlət başçısını vəzifədən uzaqlaşdırmağa razı olduqları təqdirdə, təhlükəsizlik zəmanətlərini müzakirə edirlər.

Məlumatda qeyd edilib ki, ötən ay paytaxt Karakasda Kabello ABŞ Prezidenti Donald Trampla yaxın əlaqədə olan bir adamla görüş keçirib.

Hazırda ikinci iclas hazırlanır. Bundan əlavə, Venesuelanın digər yüksək vəzifəli rəsmiləri ilə də oxşar danışıqlar aparıldığı əlavə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.