Dünya manset

“Çində güc tətbiqi münasibətlərimizə mənfi təsir edə bilər” – Tramp

“Honkonqda etirazçılara qarşı güc tətbiqi ABŞ-ın Çinlə ticarət razılaşmalarına mənfi təsir göstərə bilər”.

XeberAl.az  xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Amerika lideri Çindəki aksiyaların dinc formada davam etməsinə tərəfdardır: “Mən istərdim ki, Honkonqda hər şey dinc şəraitdə həllini tapsın. Bu, ABŞ və Çin arasında ticarət razılığı haqqındakı saziş nöqteyi-nəzərindən əhəmiyyətlidir”.

Qeyd edək ki, Çində minlərlə nümayişçi ekstradisiya haqqında qanuna qarşı etirazla Honkonq küçələrinə çıxıb. Aksiyada həmçinin, dustaqların azad olunması tələbləri də irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir