Dünya manset

“İran geri çəkilir” – Trampdan sensasion açıqlama

Sharing is caring!

“İranın ABŞ-la razılaşma əldə etmək istədiyinə inanıram, lakin bu ölkənin səlahiyyətliləri Vaşinqtonla danışıqlara necə başlayacağını bilmir”.

XeberAl.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib:

“Onlar həqiqətən saziş bağlamaq istəyirlər, ancaq danışıqlara necə başlamaq lazım olduğunu bilmirlər. Çünki çox qürurlu insanlardır, mən onları başa düşürəm. Diqqət etdinizsə, bizim gəmilərimizi tutmadılar, başqa gəmiləri isə ələ keçirdilər. Ancaq bunların arasında bizimkilər yox idi və bunun etməmələri daha yaxşı olardı”.

ABŞ prezidenti İranı Şimali Koreya ilə müqayisə edib və Vaşinqtonla müqavilə bağlanarsa, bu ölkənin əhəmiyyətli iqtisadi uğurlar qazana biləcəyini söyləyib:

“İran da Şimali Koreya kimi çox böyük potensiala malikdir və biz çox tez nəticələr əldə edə bilərik, amma bunu necə edəcəyini bilmirlər. Onlar qürurlu bir xalqdır, amma iqtisadiyyatı dağılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir