Dünya

Niderlandda fermerlərin etirazları ərzaq böhranına səbəb ola bilər

Sharing is caring!

Niderlandda hökumətin azot siyasətinə etiraz edən fermerlər müxtəlif supermarketlərin onlarla paylama mərkəzlərinə girişi bağlayıblar.

Mərkəzi Ərzaq Ticarət Bürosunun (CBL) direktoru Mark Yansen təşkilatın polisdən kömək istədiyini və etirazçıları bu davranışa görə məsuliyyətə cəlb etməyi planlaşdırdığını bildirib.

O, qeyd edib ki, hələlik supermarketlərdə məhsul qıtlığı yaranmayıb. Lakin vəziyyət belə davam edərsə, bu, olduqca tez baş verə bilər.

Eyni zamanda, Yansen bəzi paylama mərkəzlərinin xəstəxanalar, xüsusi qayğı mərkəzləri və digər mühüm obyektləri də ərzaqla təmin etdiyini vurğulayıb.

Məlumata görə, hazırda yük maşınlarının bir sıra paylayıcı mərkəzlərə girişi və çıxışı mümkün deyil.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir