Dünya

Meksika prezidenti ABŞ-dakı Azadlıq heykəlini sökməyi təklif etdi

Sharing is caring!

ABŞ məhkəməsi jurnalist Culian Assancı təqsirli hesab edərsə, Azadlıq Heykəlinin sökülməsinə ehtiyac yaranacaq.

Bu fikri bazar ertəsi mətbuat konfransında Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib.

“Əgər o, ABŞ-a gətirilib ən yüksək cəzaya, həbsxanada ölümə məhkum edilərsə, Nyu-Yorkda fransızlar tərəfindən bağışlanmış Azadlıq heykəlinin sökülməsi üçün kampaniya başlatmaq lazımdır. Çünki o, bir daha azadlıq simvolu olmayacaq”, – deyə dövlət başçısı bəyan edib.

O, gələn həftə Vaşinqtonda keçiriləcək danışıqlarda amerikalı həmkarı Co Baydenlə Assancla bağlı vəziyyəti müzakirə edəcəyini bir daha vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir