Dünya

İsrail və Polşa diplomatik münasibətləri bərpa edəcəklər

Sharing is caring!

İsrail və Polşa ölkələr arasında münasibətləri normallaşdırmaq və səfirlərini geri qaytarmaq barədə razılığa gəlib.

Bu barədə Polşa prezidenti Anjey Dudanın ofisi məlumat yayıb.

Dudanın bu gün İsrail prezidenti İshak Hersoq ilə telefon danışığı olduğu bildirilib.

“Telefon danışığı zamanı prezidentlər Polşa və İsrail arasında ikitərəfli münasibətlərin inkişafına dəstək məsələsini müzakirə ediblər. İki ölkə arasında münasibətlərin bərpası qərara alınıb”, – məlumatda qeyd olunub.

Bundan əlavə, Hersoq İsrailin baş naziri və xarici işlər naziri ilə birgə təşəbbüslə Polşa səfirini geri qaytarmağı təklif edib. Duda səfiri yaxın vaxtlarda təyin edəcəyinə söz verib.

Tərəflər gələcəkdə ikitərəfli münasibətlərdə bütün məsələlərin səmimi və açıq dialoq, qarşılıqlı hörmət əsaında həll olunacağına ümidvar olduqlarını dilə gətiriblər.

Xatırladaq ki, Polşa ilə İsrail arasında münasibətlər 2019-cu ilin fevralında İsrailin o vaxtkı baş naziri Benyamin Netanyahunun Varşavada bir çox polyakların İkinci Dünya Müharibəsində nasistlərlə əməkdaşlıq etdiyi və “antisemitizmi ana südü ilə içdikləri” barədə bəyanatlarından sonra kəskin şəkildə pisləşib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir