Dünya

Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO

Sharing is caring!

Türkiyənin Ərzurum şəhərində doqquz nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İki minik avtomobilinin toqquşma anı Ərzurum Polis Şöbəsinin Şəhər Təhlükəsizlik İdarəetmə Sisteminin kameraları tərəfindən qeydə alınıb.

Qəza nəticəsində avtomobillərin sürücüləri də daxil olmaqla, ümumilikdə doqquz nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir