Dünya

Pakistanda avtobusun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb

Sharing is caring!

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər yaralanıb.

Məlumata görə, hadisəyə səbəb yağış zamanı sürücünün idarəetməni itirməsi olub. Yaralılar yerli xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 sərnişin olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir