Dünya

Aktrisa Lindsi Lohan ad günündə ailə qurdu – FOTO

Sharing is caring!

Amerikalı aktrisa Lindsi Lohanın evləndiyi məlum olub.

O, ərəb maliyyəçisi Bader Şammas ilə ailə qurub.

Aktrisa bu barədə “Instagram” səhifəsində məlumat verib.

Cütlük iki ilə yaxındır ki, birlikdədir və bu müddət ərzində aktrisa anlayıb ki, özünü yalnız onunla xoşbəxt hiss edir.

“Mən dünyanın ən xoşbəxt qadınıyam!”, – 36 yaşlı ulduz yazıb.

Qeyd edək ki, aktrisa nişanlandığını ötən ilin noyabrında açıqlamışdı.

Mənbə: starhit.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.