Dünya

Köpək balığı dənizə girən qadını parçalayaraq ölümcül yaraladı – VİDEO

Sharing is caring!

68 yaşlı avstriyalı turist yay tətilini misirli həyat yoldaşı ilə keçirmək üçün ölkəyə gəlib.

Qırmızı dəniz sahilində istirahət mərkəzində qalan qadın estakadadan suya tullanıb.

O, qısa müddət sonra köpək balığının hücumuna məruz qalıb. Yırtıcı onun qolunu və ayağını qoparıb.

Estakadadakı insanlar dəhşətli anları anbaan lentə alıblar.

Hücum zamanı qadına heç kim kömək etməyib. Ətrafda xilasedici qayıqların olmaması da diqqət çəkib.

Qan içində olan qadın ciddi xəsarət almasına baxmayaraq, sahilə çıxa bilib. Hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə aparılan turist qan itkisi, şok və ürək çatışmazlığından dünyasını dəyişib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir