Dünya

Binəli Yıldırımın helikopteri təcili eniş etdi

Sharing is caring!

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın olduğu helikopter təcili eniş etməli olub.

İnsident siyasətçini Bursaya aparan helikopterin birinci pilotunun rahatsızlığı səbəbindən yaranıb.

Helikopter təcili şəkildə Biləcikdəki Jandarma Briqada Komandanlığının uçuş zolağına enib.

Jandarma Komandanlığında bir müddət dincələn Yıldırım sonradan gələn başqa bir helikopterlə Bursaya gedib.

Səhhəti pisləşən pilot isə təcili yardımla Biləcik xəstəxanasına aparılıb. Oradakı ilk müalicədən sonra Əskişəhərə transfer edilən pilotun hazırda səhhətinin yaxşı olduğu öyrənilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.